İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

4 Aprel 2025 11:57 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.