Bahar Muradova Astarada vətəndaşları qəbul edəcək

4 Aprel 2025 10:58 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Astarada vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul aprelin 11-i saat 10:00-da Astara rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Lənkəran şəhəri, Lerik və Astara rayon sakinlərinin müraciətlərinə baxılacaq.