Qubada obyekt yanıb

4 Aprel 2025 10:02 (UTC+04:00)

Qubada obyekt yanıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonda ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli obyektin birinci mərtəbəsində yerləşən ərzaq mağazasının xarici divarına quraşdırılan 1 ədəd elektrik sayğacı və 2 paq.m kabel yanıb. Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb