Avropa çempionatına qatılacaq Azərbaycanın cüdo millisinin açıq məşqi keçirilib

3 Aprel 2025 16:38 (UTC+04:00)

Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın kişilərdən ibarət cüdo millisinin açıq məşqi keçirilib. SİA-nın məlumatına görə, hazırlıq prosesinə yarışa yollanacaq idmançılar qatılıblar.

Avropa çempionatı aprelin 23-dən 27-nə qədər keçiriləcək. Yarışda ölkəmizi 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.