Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

3 Aprel 2025 15:58 (UTC+04:00)

Azərbaycan gimnastları İtaliyanın Riççone şəhərində keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcəklər. SİA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Ölkəmizi yarışda Selcan Mahsudova və Əli Niftəliyev təmsil edəcəklər.

Dünya Kuboku aprelin 4-dən 6-dək keçiriləcək.