"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 10 % artırıb

3 Aprel 2025 15:41 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2 milyondan çox sərnişin daşıyıb. SİA bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.

O cümlədən, ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33 % artaraq 5 921 nəfər olub.