Xaçmazda 8 otaqlı evdə yanğın olub

3 Aprel 2025 09:06 (UTC+04:00)

Xaçmazda 8 otaqlı evdə yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Həsənqala kəndində ümumi sahəsi 250 m² olan kürsülü ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.