Azərbaycan Kuboku: “Sabah” ilk oyunda "Neftçi"yə qalib gəlib

2 Aprel 2025 21:40 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

SIA xəbər verir, "Neftçi" doğma meydanda "Sabah"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yarımfinalın ilk görüşündə "Araz-Naxçıvan" "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 23-də təşkil olunacaq.