Tam əminəm ki, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcək - İlham Əliyev

2 Aprel 2025 12:03 (UTC+04:00)

Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral ayların da bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”.