“Şənbə gecəsi” rekord qiymətə satıldı

1 Aprel 2025 05:36 (UTC+04:00)

Jan-Mişel Baskinin “Sabado por la Noche” (“Şənbə gecəsi”) tablosu 14,5 milyon dollara satılıb. SİA xəbər verir ki, bu barədə "Christie's" hərrac evinin yaydığı məlumata görə, əsər Honq-Konqda keçirilən hərracda alıcısını tapıb. “Şənbə gecəsi” bu yaz Asiyada hərracda satılan ən bahalı əsərdir. 1984-cü ilə məxsus əsər Baskinin son dövrünə aiddir.