Bakıda iki gündə itkin düşən 16 nəfər tapılıb

31 Mart 2025 10:42 (UTC+04:00)

Bakıda iki gündə itkin düşən 16 nəfər tapılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 29-da və 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.