Volkan Konak qəfil vəfat etdi

31 Mart 2025 08:01 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Volkan Konak 58 yaşında vəfat edib. SİA-nın məlumatına görə, sənətçinin Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib. Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.