"Beiktaş"ın hücumçusu "İnter"in hədəfində

31 Mart 2025 03:43 (UTC+04:00)

"Beşiktaş"ın təcrübəli hücumçusu Çiro İmmobilenin adı yenidən İtaliya klubu ilə hallanır. SİA xarici mətbuata istinadən xəbşr verir ki, İtaliyanın məşhur klubu "İnter”in iranlı hücumçu Mehdi Tareminin zəif çıxışından sonra "İmmobile”yə üz tutduğu iddia edilib. Mövsümün əvvəlində böyük ümidlərlə "Beşiktaş"a transfer olunan Ciro İmmobile arzuladığı irəliləyişə nail ola bilməsə də, İtaliyada transfer gündəmində qalmaqdadır.