"Vilyarreal" vacib qələbə qazanıb

30 Mart 2025 19:30 (UTC+04:00)

İspaniya La Liqasının 29-cu turunda növbəti oyun keçirilib.

SİA xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Vilyarreal" səfərdə "Xetafe" ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 47-yə çatdıran "Vilyarreal" 5-ci sırada qərarlaşıb. Madrid təmsilçisi isə 36 xalla 11-ci yerdədir.