Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir - ƏRDOĞAN

30 Mart 2025 16:35 (UTC+04:00)

Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Amfibiya Korpusu Komandanlığının şəxsi heyətinə müraciətində deyib.

O bildirib ki, Türkiyə Suriya və İraqda terrorla mübarizə aparır: “Eyni zamanda biz Albaniya, Liviya, Azərbaycan, Qətərdə sülh və təhlükəsizliyin təsis olunmasına töhfə veririk”.