Şəmkirdə arxda kişi meyiti aşkarlanıb

30 Mart 2025 15:20 (UTC+04:00)

Şəmkirdə arxda kişi meyiti aşkarlanıb. SİA-nın məlumatına görə, meyit şəhər ərazisində fəaliyyət göstərən restoranların birinin yaxınlığından keçən arxda aşkar edilib.

Meyit tibbi ekspertizaya aparılıb. Şəxsiyyəti və ölüm səbəbi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.