Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bu gün məlum olacaq

30 Mart 2025 09:47 (UTC+04:00)

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq. SİA-nın məlumatına görə, final oyununda "Gəncə" və NTD komandaları üz-üzə gələcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsüm titula "Neftçi" sahib çıxıb.