Ağstafada avtomobil ağaca çırpılıb, ölən var

29 Mart 2025 16:49 (UTC+04:00)

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə rayonun Xətai kəndi yaxınlığında qeydə alınıb.

"Mercedec" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.