Bərdədə kanalda batan 17 yaşlı qızın meyiti tapılıb

29 Mart 2025 15:14 (UTC+04:00)

Bərdədə kanalda batan 17 yaşlı qızın meyiti tapılıb. SİA xəbər verir ki, martın 19-da Yuxarı Qarabağ kanalında batdığı ehtimal edilən Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının meyiti 10 gün sonra Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb.

Onun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.