Lula da Silva Putinlə Ukraynada sülh nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır

29 Mart 2025 14:57 (UTC+04:00)

Braziliya Prezidenti Lula da Silva Moskvaya səfəri zamanı Rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada sülh nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır. SİA TASS-a istinadən xəbər verir ki, o, bu barədə Vyetnama dövlət səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz (Braziliya və Çin) Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin başlanmasına ümid edirik", - o bildirib.

Lula da Silva Rusiya və Çinə səfərləri zamanı Ukraynada nizamlanmanı müzakirə etməyi planlaşdırdığını qeyd edib: "Bu görüşlərdə mən Ukraynada sülh məsələsini müzakirə etmək niyyətindəyəm".