Tbilisidə baş verən yanğında bir nəfər həlak olub

29 Mart 2025 14:34 (UTC+04:00)

Martın 29-da Tbilisinin Varketili rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. SİA xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaşlı qadın ölüb. Qonşu mənzillərdə yaşayan bir neçə insan tüstüdən zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Yanğın tamamilə söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.