Laçınlı tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb

29 Mart 2025 14:01 (UTC+04:00)

Laçın rayonundan olan tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb. SİA xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində baş verib.

Bildirilib ki, Laçın rayonundan olan 2003-cü il təvəllüdlü Toğrul Vidadi oğlu Verdiyev kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun magistratura səviyyəsi üzrə 1-ci kurs tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.