"Turan Tovuz" antirekordunu təkrarlayıb

29 Mart 2025 11:19 (UTC+04:00)

Misli Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edən “Turan Tovuz” antirekordunu təkrarlayıb. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın 1:4 hesabı ilə uduzması sayəsində mümkün olub.

Həmin nəticə Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib.

“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.