Ötən gün 42 kq-a yaxın narkotik vasitə aşkarlanıb

29 Mart 2025 11:03 (UTC+04:00)

Polis əməkdaşları ötən gün ümumi çəkisi 41,2 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,6 kiloqramdan artıq heroin, 35,6 kiloqrama yaxın marixuana, 1 kiloqramdan artıq metamfetamin olub.