Qəbələdə avtomobil yandı

29 Mart 2025 04:08 (UTC+04:00)

Qəbələ şəhərində “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.