Misli Premyer Liqası: "Qarabağ" səfərdə "Turan Tovuz"u məğlub edib

28 Mart 2025 21:47 (UTC+04:00)

Misli Premyer Liqasında 18-ci tura start verilib.

SİA xəbər verir ki, açılış oyununda son çempion "Qarabağ" səfərdə "Turan Tovuz"la qarşılaşıb.

Matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubu 67 xalla turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 43 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, tur martın 30-da başa çatacaq.