Kuba XİN Azərbaycanı təbrik edib

28 Mart 2025 20:54 (UTC+04:00)

Kubanın Xarici İşlər Nazirliyi diplomatik münasibətlərinin qurulmasının 33-cü ildönümünü ilə bağlı Azərbaycanı təbrik edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin X səhifəsində yazılıb.

“Biz xalqlar arasında tarixi dostluq bağlarına əsaslanan siyasi, iqtisadi münasibətləri və bundan sonra da genişləndirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, - paylaşımda bildirilib.