Sosial media fenomeni Danla Biliç məhkəməyə müraciət edib. SİA xəbər verir ki, Biliç keçmiş sevgilisi jokey Berk Çətinin fiziki zorakılıq və təhdidlərinə məruz qaldığını iddia edib.
Məlumata görə, cütlük ayrılandan sonra Çetin onu tez-tez narahat edirmiş və ünsiyyət qurmağa çalışırmış. Bu səbədən Danla polisə müraciət edərək təqib edildiyini söyləyib. Berk Çetinə uzaqlaşdırma qərarı verilib. Keçmiş sevgilisi Çətin isə qərarlara baxmayaraq, Danla Biliçin Arnavutköydəki iş yerinə gedərək ona şiddət göstərib. Polis qüvvələri hadisə yerinə gələnə qədər Berk Çətin qaçıb. Bundan sonra Biliç təhlükəsizlik qüvvələrinə müraciət edərək şikayət edib. Danla Biliç hadisələri sübut etmək üçün kamera görüntülərini prokurorluğa təqdim edib və daha sərt tədbirlər görülməsini tələb edib.