Yevlaxda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB

28 Mart 2025 12:20 (UTC+04:00)

Yevlaxda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb. SİA-nın Qərb bürosunun məlumatına görə, qəzada xəsarət alanların sayı 6-ya çatıb.

Belə ki, hadisə nəticəsində daha bir nəfər - 1991-ci il təvəllüdlü Çinarə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.