…Ukrayna ilə münaqişənin indiki mərhələsində Rusiyaya qarşı sanksiyaların ləğvi “səhv” olardı.
SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Avropa liderlərinin Parisdə keçirilən görüşü zamanı bildirib.
…Sülh əldə olunmayana qədər sanksiyaları ləğv etməyin mənası yoxdur, - deyə siyasətçi bildirib.
Bununla yanaşı, Şolz qeyd edib ki, Ukraynada sülhün əldə olunması perspektivləri qeyri-müəyyən olaraq qalır.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsini vaxtından əvvəl adlandırmışdı.
O qeyd edib ki, bu məsələ uzunmüddətli və etibarlı sülh nizamlanması çərçivəsində müzakirə edilməlidir.
Əli Babayev