Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub

27 Mart 2025 17:25 (UTC+04:00)

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var. SİA-nın məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, şəhərdaxili sərnişin daşıyan mikroavtobusla "Toyota" markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.