Prezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib

27 Mart 2025 12:34 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib. SİA xəbər verir ki, dövlət başçısı və Birinci vitse-prezident həmçinin iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.