Ronaldo Braziliyanın əsas problemini açıqladı

27 Mart 2025 06:29 (UTC+04:00)

Ronaldo Braziliya millisinin problemlərini futbol konfederasiyasının rəhbərliyi ilə əlaqələndirib. SİA xəbər verir ki, Braziliya futbolunun əfsanəsi bu barədə “Charla Podcast”a müsahibəsində danışıb.

“Düşünürəm ki, təkcə mən yox, keçmişin bütün oyunçuları Braziliya futbolunun səviyyəsini yüksəltdilər. Görünür, indi media onlardan, indiki oyunçu nəslindən çox şey gözləyir.

Bizdə hələ də dünyanın ən yaxşı oyunçuları var – Vinisius , Rafinya. Lakin federasiya rəhbərliyi ilə bağlı sistemli problemlər milli komandada özünü göstərir. Mövcud rəhbərlik atmosferi pozur”, – Ronaldo deyib.

Braziliya DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Cənubi Amerika zonasının seçmə mərhələsində Argentinaya ağır məğlubiyyətlə üzləşib (1:4). Komanda 14 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.