Malayziya ilə elm sahəsində cari əməkdaşlıq müzakirə edilib

26 Mart 2025 21:50 (UTC+04:00)

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Çanq Lih Kanq ilə ikitərəfli görüş keçirib.

SİA-nın məlumatına görə, Elm və Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə ölkələr arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib. Tərəflər potensial inkişaf perspektivləri üzərində də fikir mübadiləsi aparıblar.