Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq edilib

26 Mart 2025 19:10 (UTC+04:00)

Azərbaycanın rayonlarında martın 27-də gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.