Samuxda zəlzələ baş verib

26 Mart 2025 18:10 (UTC+04:00)

Azərbaycanın Samux rayonunda zəlzələ olub.

SİA-nın məlumatına görə, Respublika Seymoloji Xidmət Mərkəzindən bildiriblər ki, yeraltı təkanlar Mingəçevir stansiyasından 46 km şimal-qərbdə, Samux rayonunda (Mingəçevir su anbarı) qeydə alınıb.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.