İtaliya futbolunun əfsanəsi Françesko Totti Rusiyaya mümkün səfərə görə tənqid olunur.
SİA xəbər verir ki, Tottinin bu səfərə görə satirik mükafata layiq görüblər.
“Roma”nın və İtaliya millisinin sabiq futbolçusunun 2025-ci il RB mükafatının əsas qonaq ulduzu olacağı bildirilib.
Bir müddət əvvəl Moskvada reklam ekranlarında Tottinin şəkli “İmperator Üçüncü Romaya gedir” yazısı ilə peyda olub.
“Striscia la Notizia” satirik televiziya şousunun aparıcısı Valerio Staffelli keçmiş forvardı dayanacaqda qarşılayıb və ona böyük uğursuzluqlara və qalmaqallara görə verilən komik mükafat olan “Qızıl Tapir”i təqdim etmək istəyib.
“Aprelin 8-də Rusiyaya gedəcəksiniz, yoxsa getməyəcəksiniz? Putinin “Roma” fanatı olması doğrudurmu?” – Staffelli soruşub.
Totti mükafatı qəbul etməkdən imtina edərək, piyada keçidində və əlillər üçün pandusun qarşısında dayanmış avtomobilinə əyləşib.