BƏƏ-nin milli komandasının baş məşqçisi istefaya göndərilib

26 Mart 2025 15:20 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirlikləri millisinin portuqaiyalı baş məşqçisi Paulo Bentu istefaya göndərilib.

SİA xəbər verir ki, bu barədə BƏƏ Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin və onun məşqçilər heyətinin qovulmasının səbəbi hələlik açıqlanmayıb. Qurum sadəcə məşqçi və onun köməkçiləri ilə müqavilələrə xitam verildiyini bildirib.

BƏƏ yığması Bentunun rəhbərliyi altında son oyununu martın 25-də Şimali Koreyaya qarşı keçirib. BƏƏ çətin mübarizə şəraitində keçən görüşdə 2:1 hesablı qələbə qazanıb.

BƏƏ DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin A qrupunda 13 xalla 3-cüdür. Bu qrupda İran (20 xal) artıq mundiala vəsiqəni təmin edib. 2-ci yerdəki Özbəkistanın isə 17 xalı var.

BƏƏ növbəti oyununu Özbəkistana qarşı keçirəcək. Görüş iyunun 5-də oynanılacaq. Özbəkistan komandası qalib gəlsə və ya heç-heçə etsə, tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanacaq.