Nadir Excalibur Series IV modeli Rusiyada 9,5 milyon rubla satışa çıxarılıb

26 Mart 2025 23:05 (UTC+04:00)

…Nijni Novqorodda nadir Excalibur Series IV avtomobili satışa çıxarılıb. Onun dəyəri 9,5 milyon rubldur.

SİA-nın məlumatına görə, 1982-ci ildə istehsal edilmiş və 9,7 min km yürüşlü avtomobil 157 at gücünə malik 5 litrlik mühərrikə malikdir.

O, çıxarıla bilən dam, kondisioner, elektrik oturacaqlar və akustika ilə təchiz olunub.

Bu barədə elanlar saytında məlumat verilir.

Qeyd edək ki, Excalibur 1964-1990-cı illərdə replika avtomobillərin istehsalında ixtisaslaşmış məşhur Amerika şirkətidir. Retro tipli kuzovlu bu modellər Amerika şirkətlərinin müasir şassiləri əsasında hazırlanıb.

IV seriya 1934-cü ildə istehsal olunmuş Mercedes-Benz 500K modelinin klonudur.

Nazlı Almuradova