Qarabağ Regional Təhsil İdarəsinə sektor müdiri təyin olundu

26 Mart 2025 14:03 (UTC+04:00)

Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib.

SİA xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Rizvan Ələsgərov gətirilib.

O, əvvəllər Daşkəsən təhsil sektorunda müxtəlif vəzifələrdə çalışıb.