"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edilib

26 Mart 2025 12:52 (UTC+04:00)

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.

SİA xəbər verir ki, bu, Rövşən Vəliyevdir.

O, şirkətin rəhbərliyində Hüseyn Rəhimovu əvəz edib.

Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.