Nəqliyyat vasitələrinin bu istiqamətdə hərəkətinə məhdudiyyət tətbiq edilir - FOTOLAR

26 Mart 2025 12:47 (UTC+04:00)

Nərimanov rayonu, Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verilib.

Qeyd edilib ki, bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir.