Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ilk matçına çıxır

26 Mart 2025 11:16 (UTC+04:00)

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

SİA xəbər verir ki, komandamız Bosniya və Herseqovinanın müvafiq yaş qrupuna aid kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

19:00. Bosniya və Herseqovina – Azərbaycan

Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)

Omiş. Ribnjak İdman Sarayı.