"Uzak şehir" iki həftə yayımlanmayacaq

26 Mart 2025 06:34 (UTC+04:00)

"Uzak şehir" Ramazan bayramı ərəfəsində iki həftə yayımlanmayacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bayram tətilinə çıxan serial aprelin 14-də yeni bölümü ilə ekrana gələcək. Qeyd edək ki, baş rollarını Ozan Akbaba və Sinem Ünsalın canlandırdığı serial ikinci sezonda da davam etmək qərarı alıb.