Şirvanda 3 otaqlı ev yandı

26 Mart 2025 06:02 (UTC+04:00)

Şirvan şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət dam örtüyü 40 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.