Abşeronda yaşayış evində qadın meyiti tapılıb

26 Mart 2025 01:14 (UTC+04:00)

Abşeronda yaşayış evində qadın meyiti tapılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən fərdi evlərin birində qeydə alınıb.

1961-ci il təvəllüdlü Validə Əbülfəz qızı Məstiyevanın meyiti yaşadığı evdə öz yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.