Jurnalist Ceffri Qoldberq məxfi qrupa təsadüfən əlavə edilib

25 Mart 2025 18:10 (UTC+04:00)

“Jurnalist Ceffri Qoldberq konfidensial yazışmaların aparıldığı qrupa təsadüfən əlavə edilib”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC New” telekanlı ilə telefon söhbətində danışıb.

O, məxfi materialların yayılmasına münasibət bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, baş verən insident gizlilik xarakteri daşıyan müzakirələrə heç bir təsir göstərməyib.