Aeroport şosesində yol-nəqliyyat hadisəsi olub, sıxlıq yaranıb

25 Mart 2025 16:14 (UTC+04:00)

Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, qəza səbəbilə həm Hava limanı, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.

Nəqliyyat sıxlığının aradan qaldırılması üçün işlər görülür.