Ər-Riyadda baş tutan Rusiya-ABŞ dialoqu Moskvada faydalı adlandırılıb

25 Mart 2025 10:18 (UTC+04:00)

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda baş tutan Rusiya-ABŞ məsləhətləşmələrində bir çox problemi müzakirə etmək mümkün olub, çətin, lakin faydalı dialoq aparılıb. SİA xəbər verir ki, bu barədə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin bildirib.

O qeyd edib ki, danışıqlar başqa formatda da davam etdiriləcək.

"Rusiya və ABŞ arasında danışıqlar BMT və ayrı-ayrı ölkələr də daxil olmaqla beynəlxalq birliyin iştirakı ilə davam edəcək", - Q.Karasin vurğulayıb.