Ötən gün ölkə ərazisində qumbara və silahlar aşkarlanıb

25 Mart 2025 10:11 (UTC+04:00)

Azərbaycanda martın 24-də qumbara və silahlar aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 18 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.